Sidiyi saxlaya bilməmək

İyul 24, 2010 at 9:54 səhər Bir şərh yazın


Sidiyi saxlaya bilməmək insanlar arasında çox yayılmış bir haldır. Tibbdə bu problem hələ də həllini gözləyən aktual problemlərdəndir. Statistik məlumata görə bütün dünya əhalisinin 10%-i (553 000 000 adam) bu pozğunluqdan əziyyət çəkir. Tədqiqatlar vasitəsilə yaşı18-dən yuxarı olan kişilər arasında sidik saxlama problemi olanların 5% olduğu aşkar olmuşdur. Bu yaşda qadınlar arasında həmin problemin haçansa narahat etdiyi qadınlar 30% (!) təşkil etmişdir. Bunların isə düz 50%-i heç vaxt həkimə müraciət etməmiş, bu problemdən əziyyət çəkmişlər.
Uşaqlar

Sidiyi saxlaya bilməmək müstəqil şəkildə və bir çox xəstəliklər zamanı rast gəlir. Reflektor sidik ifrazı 2 yaşına kimi davam edir. Bu dövrdə uşaq sutka ərzində 20 dəfəyə qədər sidiyə gedir. 2 yaşından başlayaraq sidik ifrazının sayı getdikcə azalır. 3-4 yaşında sidik ifrazı aktı üzərində tam nəzarət yaranır. 3-4 yaşın sonunda isə gecə sidiyi saxlaya bilməmək keçib gedir. Uşaqlarda 3-4 yaşında həm gündüz, həm də gecə sidiyi saxlama qabiliyyəti formalaşmırsa, xəstəliyin səbəbini axtarmaq lazımdır.
Həkimlər öz gündəlik iş təcrübəsində tipik (klassik) enurezə nadir hallarda rast gəlir. Klassik mənada enurez – heç bir patologiya aşkar olmadığı halda sidiyi saxlaya bilməməkdir. Bu cür müraciətlərin yarıdan çoxunda çətinlik çəkmədən uşaqlarda gecələr yerinə sidikburaxmaya səbəb olan patologiyanı müəyyən etmək olur. Amma “enurez” termini, indi demək olar ki, sidik saxlaya bilməməklə müşahidə olunan bütün xəstəlikləri adlandırmaq üçün istifadə olunur.

Belə bir fikir vardır ki, enurezlə bağlı həkimə müraciət etmək lazım deyil: uşaq böyüyəndə bu hal keçib gedəcək. Bu olduqca səhv və aldadıcı fikirdir. İlk növbədə xəstəliyin səbəbini aydınlaşdırmaq lazımdır…

Qadınlar

Qadınlar arasında qeyri-iradi sidik ifrazının müalicəsi hələ də çətinlik yaradır, çünki belə xəstələr utancaqlıq hissinə qapılaraq həkimə müraciət etmir, xəstəliyi hətta ailədə gizlədirlər. Bütün hallarda ümumi urodinamik vəziyyəti nəzərə almaqla iltihabi xəstəlikləri, sidik kisəsinin neyrogen disfunksiyalarının kompleks müalicəsi aparılmalıdır. Qeyri-iradi sidik ifrazının başlanğıc fazasında, yəni əlamətlər az təzahür edirsə, konservativ (fizioterapevtik və dərmanlarla) müalicə, çanaq dibi əzələlərini möhkəmləndirən məşqlər fayda verir.
saglamhayat@yahoo.com

Entry filed under: ENUREZ VƏ ONUN MÜALİCƏSİ HAQQINDA BÜTÜN MƏLUMATLAR. Tags: , , , .

Enurezin səbəbləri

Bir şərh yazın

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


Son Yazılar

İyul 2010
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Blog Stats

  • 20. 793 hits